“Qurman Plyus” MMC-nin Rusiyadan idxal etdiyi “Okoroçok Klassiçeskiy” və “Bud Dibi Halal” əmtəə nişanlı dondurulmuş toyuq məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində salmonella aşkarlanıb.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Faktla bağlı ümumi çəkisi 2035.99 kq olan 155 ədəd qablaşdırmada toyuq budu və ümumi çəkisi 2882 kq olan 262 ədəd qablaşdırmada toyuğun bud dibi məhv edilib.