Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı il üzrə maliyyə hesabatının auditini aparmaq üçün audit şirkəti seçir. Bu barədə fonddan məlumat verilir.
Audit şirkətlərindən təkliflər noyabrın 11-dək qəbul olunacaq.
Xəbər verildiyi kimi, SKMF-in 2015-ci il üçün maliyyə hesabatının auditini “KPMG Azerbaijan limited” beynəlxalq audit şirkəti aparmışdı.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.