13 C
Baku
Tuesday, November 19, 2024

Quş ətinin satışı ƏDV-yə cəlb olunurmu?

Marketdən toyuq əti alarkən mənə verilən nəzarət-kassa aparatının çekində ƏDV məbləğinin qarşısında sıfır (0) qeyd olunub. Bildiyimə görə, toyuq ətinin satışı 2024-cü il yanvarın 1-nə qədər ƏDV-dən azad idi. Vergi Məcəlləsində bununla bağlı dəyişiklik olubmu? Marketin mənə verdiyi çekdə verginin dərəcəsi düzgün göstərilibmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Banker.az”a bildirilib ki, Vergi Məcəlləsində edilmiş və 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilib.

Belə ki, quş ətinin satışı üzrə ƏDV-dən azadedilmə müddəti 2024-cü il yanvarın 1-dən daha 3 il müddətinə artırılıb.

 

Son xəbərlər
Digər xəbərlər