10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Quş qripinə görə bir sıra ölkələrdən idxala müvəqqəti məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında nodulyar dermatit, Fransa Respublikasının O-de-Frans regionunda, Xorvatiya Respublikasının Sisaçko-Moslavaçka inzibati ərazi vahidində, İran İslam Respublikasının Ərdəbil əyalətində, Macarıstanın Haydu-Bihar və Sabolç-Satmar-Bereq inzibati ərazi vahidlərində, İngiltərənin Cənub-Qərbi İngiltərə, Şərqi Midland və Şimali Yorkşir regionlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Başqırdıstan Respublikasından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, Fransa Respublikasının O-de-Frans regionundan, Xorvatiya Respublikasının Sisaçko-Moslavaçka inzibati ərazi vahidindən, İran İslam Respublikasının Ərdəbil əyalətindən, Macarıstanın Haydu-Bihar və Sabolç-Satmar-Bereq inzibati ərazi vahidlərindən, İngiltərənin Cənub-Qərbi İngiltərə, Şərqi Midland və Şimali Yorkşir regionlarından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasından, Fransa Respublikasından, Xorvatiya Respublikasından, İran İslam Respublikasından, Macarıstandan və İngiltərədən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün AQTA tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Oxşar xəbərlər