22 C
Baku
Monday, May 27, 2024

Quşçuluq fabriklərinin ət istehsalı azalıb, yumurta istehsalı artıb

Cari ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 57.5 min ton (keçən ilin yanvar-sentyabr aylarında 59.2 min ton) quş əti istehsal olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

9 ayda 764.5 milyon ədəd (keçən ilin yanvar-sentyabr aylarında 599.4 milyon ədəd) yumurta istehsal olunub.

Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11 523.5 min baş olmuş, yanvar-sentyabr aylarında hər yumurtlayan toyuqdan orta hesabla 194 ədəd yumurta alınıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər