2021-ci ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 85.4 min ton ət, 314.2 min ton süd, 301.7 milyon ədəd yumurta istehsal edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3 faiz, süd istehsalı 1.5 faiz artmış, yumurta istehsalı isə 4.5 faiz azalıb.
Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında isə 315.7 milyon ədəd yumurta istehsal edilmişdir.