34 C
Baku
Wednesday, August 17, 2022

Quşçuluq məhsullarının satışından məhdudiyyət götürülüb – Gömrüyə məlumat verilib

Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina və Şimali Karolina ştatlarında qeydə alınmış aşağı patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bununla əlaqədar, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, ABŞ-ın Cənubi Karolina və Şimali Karolina ştatlarından bütün növ diri quş və quşçuluq məhsullarının idxalına tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda aidiyyəti üzrə  Dövlət Gömrük Komitəsinə məlumat verilib.

 

Son xəbərlər
Oxşar xəbərlər