10 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Quşçuluq şirkətinin səhmləri satışa çıxarılır

“Biləsuvar Quşçuluq” ASC-nin 373327 ədəd adi, sənədsiz, adlı səhmi 2020-ci il dekabrın 1-də Bakı Fond Birjası QSC-də satışa çıxarıla­caqdır.

“Bakı Fond Birjası” QSC-də keçiriləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkilatçısı “İnvestAZ” QSC İnvestisiya Şirkətinə (ünvan- Bakı şəhəri, Babək prospekti, Ə.Quliyev küçəsi 11/31, Babək Plaza, 7-ci mərtəbə, əlaqə telefonu +994(12) 488-05-88) və ya “Bakı Fond Birjası” QSC-nin üzvü olan digər İnvestisiya Şirkətlərinə müraciət edə bilərlər.

Son xəbərlər
Oxşar xəbərlər