6 C
Baku
Friday, January 10, 2025

Qüsurlu malı geri almadığına görə “Optimal Elektronika” barəsində iş qaldırılıbmış

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Optimal Elektronika”  MMC qüsurlu malın dəyişdirilməsi və ya qaytarılmasından imtinaya görə barəsində protokol tərtib edilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar – dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumatında bildirilir.

Məlumata görə, Məlumata görə, şirkətin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 7-ci maddəyə uyğun pozuntu etdiyi aşkar edilib. Həmin qanun 7-ci maddəsinə görə, satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

Bildirilir ki, Optimal Elektronika” barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Həmin maddəyə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə – inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Şirkət barəsində daha bir protokol İXM-nin 544.2-ci maddəasi ilə tərtib edilib. Bu maddəyə görə, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, 2013-cü ildə yaradılan “Optimal Elektronika” MMC-nin nizamnamə kapitalı 11 485 360 manatdır. Əsgərov Əhəd Tofiq oğlunun nizamnamə kapitalında payı 100 faizdir.

Son xəbərlər
Digər xəbərlər