21 C
Baku
Thursday, October 3, 2024

Qütb adasında 6 il

Hər birimiz uşaqlıqdan uzun illər kimsəsiz adada yaşamağa məhkum olmuş Robinzon Kruzonun əhvalatını yaxşı bilirik. Maraqlıdır ki, 18-ci əsrdə 4 rus dənizçi daha ağır şərtlərin hökm sürdüyü kimsəsiz adada 6 ildən çox qalmalı olmuşdular.

1743-cü ildə Arxangelsk quberniyasının Mezen şəhərindən 4 ekipaj üzvü ilə birgə balıqçı gəmisi dənizə açılır. Dənizçilər əsas istiqamət olaraq uzun illərdən bəri kit, morj və s. canlıların ovlandığı Şpiçbergen adasına yollanırlar. Səyahətin doqquzuncu günü güclü külək qalxır və dənizçilər kursu itirirlər. Onlar Şpiçbergen adasının qərb sahili əvəzinə, Kiçik Brun adaları yaxınlığında yerləşən şərq hissəyə gəlib çıxırlar. 4 dənizçi sahilə çıxaraq bir neçə il bundan əvvəl Mezen şəhərindən olan ovçular tərəfindən yaradılmış daxmanı tapmağı qərara alırlar.

Bu 4 dənizçi 47 yaşlı Aleksey Ximkov, onun oğlu 23 yaşlı İvan Ximkov, 35 yaşlı Stepan Şarapov və 30 yaşlı Fedor Verigin idi. Onlar sahildən 2 mil aralıda bir daxma tapır və orada gecələyirlər.  Səhər onlar gəmilərindəki təchizat və adanlıqları sahilə çıxarmaq üçün gəmilərinin olduqları yerə yollanırlar. Lakin gəmi yerində deyildi və onlar bir daha öz gəmilərini görmədilər. Elə bu andan sonra sağ qalmaq uğrunda mübarizə başlayır. Qütb adasında ağaclar bitmirdi və bu səbəbdən onlar fəlakətə uğramış gəmi qalıqlarını toplamalı və daxmalarını onlarla qızdırmalı olurlar.

Bütün silah-sursatları gəmi ilə birgə yox olduğu üçün onlar özlərinə silah düzəltməyə məcbur olur. Bu zaman onlar mismarlardan nizə və ox düzəltmişdilər. Onların əsas olaraq ağ ayı ovlayır və onunla qidalanırdılar. Ayıdan başqa isə maral və tülkü ovlamağa da nail olmuşdular. Adada yaşamağa məhkum olmuş dənizçilər vitamin çatışmamazlığı ilə mübarizə aparmaq üçün ya tapa bildikləri bitkilərin suyunu sıxıb, ya da ovladıqları heyvanların qanını içirdilər.

Adada yalnızca 6 il 3 ay yaşadıqdan sonra onlar buraya yaxınlaşan bir gəmi görürlər. Bu gəmi arxangelsli tacir Amos Kornilova məxsus idi və o dənizçiləri Arxangelsə aparmağa razılıq verir.

28 sentyabr 1749-cu ildə dənizçiləri xilas edən gəmi Arxangels limanına gəlib çatır. Nəyahətki onlar özlərini artıq həlak olmuş hesab edən yaxınları ilə görüşə bilirlər. Rusiyanın Elmlər Akademiyası onların başlarına gələn əhvalatla maraqlanır  və daha sonradan həyata keçirilən ekspedisiyalar zamanı dənizçilərin 6 il ərzində yaşadığı daxma aşkar edilir.

Son xəbərlər
Digər xəbərlər