Rual Amundsen öz uşaqlıq arzusunu – Şimal qütbünü araşdırmağı reallaşdırmamışdan bir neçə il öncə sadə matros olaraq işləmiş və gəmilərlə Meksika, Britaniya, İspaniya, Afrikaya səfər etmiş, iki ilini Cənub qütbünə ekspedisiyaya sərf etmişdir. Lakin onun arzusu başqa idi. Bu hələ insan ayağı dəyməmiş Arktikaya səfər etmək idi. Şimala edilən elmi ekspedisiyalar sırasına o Yer kürəsinin hər iki qütbünə ayaq basmış bir insan kimi düşmüşdür.
Rual Norveçin paytaxtına gəldikdə onun 14 yaşı var idi. Atası dünyasını dəyişdikdən sonra o dənizçiliyi öyrənmək istəsə də, anası onun həkim olmasına təkid edirdi. Bu zaman o anasının istəyi ilə razılaşır və tibb fakultəsinin tələbəsinə çevrilir. Lakin 2 ildən sonra onun anası qəfil olaraq dünyasını dəyişir və o artıq öz taleyinin sahibinə çevrilərək universiteti atır və dənizə yollanır.
Rual qəhrəman şəxsiyyətinə sahib idi və daim macəra axtarışında idi. O 5 il müxtəlif gəmilərdə matros olaraq işləyir, imtahanlar verir və şturman diplomu alır. Və belə olduqda 1897-ci ildə Belçika arktik ekspedisiyasına mənsub gəmidə Arktikaya yollanır. Bu çətin sınaq idi. Gəmi buzda ilişib qalır, aclıq, xəstəlik başlayır. İnsanlar ağlını itirməyə başlamışdı. Yalnız bir-iki nəfər sağlam olaraq qala bilmişdi ki, bunların da biri Amundsen idi. O suitiləri ovlayır və ətlərini yeyirdi. Beləliklə də, sağ qala bilirdi.
1903-cü ildə o topladığı məbləğ ilə 47 tonluq yelkən mühərrikli “Yoa” yaxtasını alır. Mühərrikin gücü 13 at gücünə bərabər idi. O 7 nəfərdən ibarət komanda ilə açıq dənizə çıxır. O Qrenlandiyadan Alyaskaya qədər gedib çıxa bilmişdi. Bu ekspedisiya da çətinliyinə görə əvvəlki ekspedisiyadan heç də geri qalmırdı. Lakin Amundsen elmi araşdırmalarını davam etdirməyə davam edirdi və o Yerin maqnit qütbünün yerləşdiyi yeri təyin edə bilir. O çətinliklə də olsa Alyaskaya gəlib çata bilir. O həddindən artıq qocalmışdı və 33 yaşında 70 yaşlı kişini xatırladırdı. Lakin bütün bunların onu qorxutmamışdı və artıq 1910-cu ildə o Şimal qütbünə yeni ekspedisiya hazırlayırdı.
Lakin səfərə çıxmamışdan öncə Şimal qütbünün amerikalı Robert Pir tərəfindən fəth edildiyi xəbəri gəlir. Bunu eşidən Amundsen hədəfini dəyişir və Cənub qütbünə getməyi qərara alır. Bütün çətinliklərə baxmayaraq o 14 dekabr 1911-ci ildə Cənub qütbünə gəlib çatır. Öz yoldaşalrı ilə birgə buz üzərində 1500 kilometri qət edir və Cənub qütbünə ilk olaraq Norveçin bayrağını sancır.
Lakin o Arktikanın fəthindən imtina edə bilməzdi və 1918-ci ildə xüsusi olaraq hazırlanmış “Mod” gəmisində Şimal dənizi boyunca yola çıxır. O bütün çətinliklərə hazır idi, lakin hər şey gözlədiyindən daha pis oldu. Onlar Çelyuskin burnunda qışı keçirməli oldular. Ekspedisiyanın bəzi üzvləri xəstələndi, bəziləri ağlını itirdi. Amundsen özü ürəyində ağrılar hiss edirdi. Ağ ayının hücumundan sonra isə onun çiyni sınmışdı.
1920-ci ilin yayında Amundsen yarı-can halda Alyaskada Nom qəsəbəsinə gəlib çıxır və burada qalır. Sağaldıqdan sonra yenidən Şimal qütbünə səfər etməyə hazır idi. O qalan yoluna hidrotəyyarə ilə davam edir və Şpiçbergen adasına enir. Hər şey uğurla davam edir və sevincək halda Osloya geri dönür.
1926-cı ildə nəhəng “Norveç” dirijablında italyan Umberto Nobile və amerikalı milyoner Linkoln-Ellsvort ilə birgə Amundsen öz arzusunu gerçəkləşdirdi. O Şimal qütbü üzərində uçaraq Alyaskaya enir. Lakin bütün şərəf və məşhurluq Umberto Nobile-yə qismət olur. Belə ki, faşist hökumətinin rəhbəri Benito Mussolini tək Nobile-ni şərəfləndirərək ona general rütbəsi verir. Amundsen barədə isə heç kim xatırlamır.
1928-ci ildə Nobile öz rekordunu yeniləmək qərarına gəlir. O “İtaliya” dirijablında Şimal qütbü üzərindən uçur. İtaliyada isə milli qəhrəmanalrını böyük sevinclə gözləyirdilər və ona təntənəli qarşılama mərasimi hazırlamışdılar. Lakin onlar geriyə döndükdə buzlaşma səbəbindən “İtaliya” dirijablı idarəetməni itirir. Heyətin bir hissəsi Nobile ilə buz üzərinə çıxır, digər bir hissəsi isə dirijabl ilə yoluna davam edir. Tezliklə zərər çəkmişlər ilə radio əlaqəsi kəsilir. Vəziyyət belə olduqda hər kəs Amundseni xatırlayır. Amundsen isə bu zaman fəal araşdırmalardan uzaqlaşaraq Oslodakı evində sakit həyat sürürdü. Norveçin hərbi naziri şəxsən ondan ekspedisiyaya qoşulmağı və Nobile-ni tapmağı xahiş edir.
Amundsen xahişlə razılaşır. Axı burada söhbət insan həyatından gedirdi. 1928-ci ilin 18 iyununda o fransız heyəti ilə birgə hidrotəyyarə ilə Şpiçbergen adası istiqamətində uçur. Bu Amundsenin son uçuşu idi. Tezliklə Barens dənizi üzərində təyyarə ilə əlaqə kəsilir.
Təyyarənin taleyi və heyət üzvünün həlak olması sirr olaraq qalır.
General Nobile isə sağ qala bilir. Buz üzərində sağ qalanlar çadır qurur və onu qırmızı rəngə boyayır. Onları İsveç hərbi təyyarəsi tapır və özü ilə yalnız Nobileni götürü. Onun aldığı əmr belə idi. Heyətin digər üzvlərini isə sobet buzqıran gəmisi “Krasin” xilas edir.
“İtaliya” dirijablında gedən heyətin digər üzvlərinin taleyi isə məlum deyil.
1928-ci ildə Amundsen həlak olsa da ABŞ-ın ən ali rütbəsi – Konqresin qızıl medalı ilə təltif edilir.