BMT baş katibi Antoniu Quterreş mayın 9-da Moldovaya səfər edəcək.
Bu barədə baş katibin nümayəndəsi Stefan Düjarrik bildirib.
Düjarrik deyib ki, Quterreş ölkə rəhbərliyi ilə görüşəcək və ukraynalı qaçqınlarla bağlı vəziyyəti öyrənəcək.
BMT baş katibinin müavini Qriffits isə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün mayın 9-da Türkiyəyə səfər edəcək.