4 C
Baku
Monday, December 5, 2022

Quterreş Rusiyanın taxıl sazişinə qayıtması üçün danışıqlar aparır

“Baş katib Antoniu Quterreş Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündə iştirakını dayandırmasının qarşısını almaq üçün intensiv əlaqələri davam etdirir”.

Bu barədə açıqlamasında BMT-nin sözçüsü Stefan Dujarik deyib.

Sözçü bildirib ki, Antoniu Quterreş məsələnin həllinə yönəlik çalışmalarda iştirak etmək üçün Əlcəzairdə keçiriləcək Ərəb Liqasının Sammitinə səfərini növbəti günə qədər təxirə salıb:

“Baş katib Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı davam edən vəziyyətdən dərin narahatdır. Bu istiqamətdə Quterreşin apardığı fəaliyyətlər Ukraynadan ərzaq və gübrə ixracının asanlaşdırılması təşəbbüsünün yenilənməsi və tam həyata keçirilməsi, eləcə də Rusiyanın ərzaq və gübrə ixracı qarşısında qoyduğu əngəllərin aradan qaldırılması məqsədi daşıyır”.

Son xəbərlər
Digər xəbərlər
X