15 C
Baku
Saturday, April 20, 2024

Qüvvədə olan ən gülməli qanunlar

1. Aydaxoda dəvədə oturaraq balıq tutmaq qadağandır.

2. Baltimorda teatra şirlərlə gəlmək qadağandır.

3. Rod-Aylenddə, Providens şəhərində dükanlarda bazar günləri eyni bir müştəriyə həm diş məcunu, həm də diş fırçası satmaq qadağandır.

4. Arizonada uzunqulağa hamamda yatmağa izn vermək qadağandır.

5. Kaliforniyanın Çiko şəhərində, şəhərin sərhədləri daxilində istənilən bir nüvə qurğusunu partladan adamı 500 dollar civarında cərimə gözləyir.

6. Nyu-Orleanda timsahları su kranlarına bağlamaq qadağandır.

7. Əgər siz Texas şəhərindəsinizsə, onda otelin ikinci mərtəbəsindən bizonlara (vəhşi öküzlərə) atəş açmağı heç ağlınıza gətirməyin.

8. Kanzasda gecə vaxtı yolu keçən bütün piyadalar üzərilərində işıq qaytarıcı cihazlar (reflektorlar) gəzdirməlidirlər.

9. Alabamada bağlı gözlərlə avtomobil idarə etmək qadağandır.

10. Minnesotada siz çılpaq yatdığınıza görə həbsə düşə bilərsiniz.

11. Alyaskada fotoşəkillərini çəkmək üçün ayıları yuxudan oyatmaq qadağandır (nə də ki, tövsiyə olunmur), həmçinin diri sığınları təyyarədən atmaq olmaz.

12. Oklahomada itləri incitmək və ya qıcıqlandırmaq, həmçinin başqasının hamburqerindən bir parça dişləmək qadağandır və belə hallarda sizi həbs gözləyir

13. İllinoysda, Yuruka şəhərində bığ saxlayan kişilərə qadınları öpmək qadağandır.

14. Yenə də İllinoysda, Qeylsbur şəhərində beysbol taxtası ilə siçanları vuran adamları 1000 dollar cərimə gözləyir.

15. Hindistanda Oktyabr və Mart ayları arasındakı dövrdə vanna qəbul etmək qadağandır.

16. Alabamada dəmir yolu relslərinə düz səpənləri ölüm cəzası gözləyir, çünki bu qəti qadağandır.

17. Nebraskada əgər uşağınız kilsə ayini zamanı hıçqırmağa başlayarsa, sizi həbs cəzası gözləyir.

18. İngiltərədə intihar (özünə qəsd) ən ağır cinayət kimi qiymətləndirilir. Təəssüf ki, biz bu cinayətin hansı növü ilə cəzalandırıldığını tapa bilmədik. Ola bilsin ki, söhbət ölüm cəzasından gedir.

19. Kanadanı Alberta vilayətində günü bu gündə həbsdən azad insanlara tapança və at ayrılır ki, onlar şəhəri rahat tərk edə bilsinlər.

20. Nova Skotiya əyalətində yağış zamanı çəmənlikləri suvarmaq qadağandır.

21. Çində qanun yalnız “əqli cəhətdən inkişaf etmiş” insanlara universitetə daxil olmağa icazə verir.

22. Danimarkada avtomobil almaqdan öncə siz onun fənərlərinin, əyləclərin, sükanın və avtomobil siqnalının saz olub-olmadığım yoxlamalısınız.

23. İngiltərə də 14 yaşına çatmış hər bir oğlan bu günə qədər həftədə iki saat ərzində keşişin nəzarəti altında yay vasitəsi ilə ox atmağı məşq etməlidir.

24. İngiltərədə həmçinin çarpayını pəncərədən atmağı qadağan edən köhnə bir qanun vardır.

Son xəbərlər
Digər xəbərlər