16 C
Baku
Saturday, April 13, 2024

Qvatemala Azərbaycana fəxri konsul təyin edəcək

Qvatemala Azərbaycana fəxri konsul təyin etmək üçün tədbirlər planı həyata keçirir.

Bu barədə Qvatemalanın Azərbaycan üzrə qeyri-rezident səfiri Jairo David Estrada Barrios bildirib.

Onun sözlərinə görə, Qvatemala hər bir ölkədə imkanlarını təbliğ etmək istiqamətində çalışı və həmin ölkələrdən biri də Azərbaycandır: “Ümid edirəm ki, gələcəkdə hər iki ölkə qarşılıqlı əsasda səfirliklər aça biləcək, çünki bu gün Qvatemala Azərbaycanı Türkiyədə, Azərbaycan isə Qvatemalanı Meksikada təmsil edir. Biz ilk mərhələdə Azərbaycana fəxri konsul təyin etmək istəyirik və hazırda bununla bağlı proseslərə başlamışıq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər