Sentyabrın 5-də hərbçilər tərəfindən saxlanılan Qvineya Prezidenti Alfa Konde aclıq elan edib.
Bu barədə Qvineya xəbər portalı “Guinee 360” xəbər verir.
Kondenin başçılıq etdiyi Qvineya Xalqının Birləşməsi partiyasının rəsmi nümayəndəsi portala deyib: “Hazırda əsas narahatlığımız prezidentin sağlamlığıdır. Dövlət başçısının səhhəti hər gün pisləşir”.
Partiya funksioneri qeyd edib ki, partiya bürosu vəziyyəti qiymətləndirmək yaxın günlərdə bir araya gələcək.