20 C
Baku
Friday, October 11, 2024

“QWERTY” klaviaturanın yaradılması tarixi

Hərflərin “QWERTY” standartı üzrə düzülüşünü anlamaq üçün keçmişə, 19-cu əsrin sonlarına geri dönməliyik. Bu zaman K. Şoulz hərflərin bu formada düzülüşü ilə ilk çap maşınını yaratmışdı. Bu dövrdə çap maşınlarında hərflərin düzülüşü əlifba sırası ilə idi.

Lakin burada istehsalçıları texniki problem gözləyirdi. Çap maşını sonluqlarında hərf yerləşən metal çıxacaqlara sahib idi və mətni sürətli çap edərkən hərflər bir-birinin yanında yerləşirdisə hərflər bir-birinə dolaşırdı. Bu müəyyən zaman tələb edirdi və bununla əlaqədar olaraq çap edən şəxslərin ümumi iş məhsuldarlığı enirdi.

K.Şoulz bu problemin həlli üçün ingilis sözlərində ən çox rast gəlinən hərf kombinasiyalarının siyahısını tərtib edir və onları öyrəndikdən sonra yeni sıralanma növü yaradır. İndiki halda yazı sürəti nisbətən ensə də, hərf başlıqlarının bir-birinə dolaşması ehtimalı heçə enmiş səviyyədə idi.

20-ci əsrin 40-cı illərində kompüterlərin yaranması ilə artıq kompüter klaviaturalarına əlifba sırası ilə düşülüş geri dönür. Lakin burada da problemlər peyda olur. Çünki indi kompüter klaviaturası ilə işləməli olan şəxslər elə əvvəllər çap maşınları ilə işləyən şəxslər idi. İndi onlar yenidən əvvəlki sistemə qayıtmalı idilər. Lakin şirkətlərin boşa xərcləyəcək zamanları yox idi və bu zaman klaviatura üzərində də “QWERTY” sistemindən istifadə edilməyə qərar verilir.

Son xəbərlər
Digər xəbərlər