Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək.
Türkiyə KİV-ə istinadla, səfər sentyabrın 25-də baş tutacaq.
Səfər zamanı türk lider BMT Baş Assambleyasının iclasında iştirak edəcək. İclasda Ərdoğan Suriyadakı vəziyyət, miqrant böhranı və BMT-nin quruluşu ilə bağlı çıxış edəcək.
Türkiyə və ABŞ arasında gərginliyin yaşandığı dövrdə baş tutan səfər çərçivəsində Ərdoğanın Trampla görüşüb-görüşməyəcəyi isə yaxın vaxtlarda dəqiqləşəcək.








