Rəhbərə kim kömək edəcək: CEO məsləhətçisinin üç vacib keyfiyyəti

Biz görkəmli liderlərə illər boyu hörmət edirik. Onların məsləhətçilərinin rolu isə çox vaxt heç kimə məlum deyil. Bu insanlar kimlərdir və hansı keyfiyyətlərə malikdirlər?

CEO hər hansı bir sahənin lideri kimi mövqeyində həmişə tək olur. Bununla əlaqədar olaraq, o, müşavirə (“bələdçi”, rəqib) ehtiyac duyur. Rəhbərin narahat olduğu mövzuları müzakirə edə biləcəyi (bəzən qərəzsiz fikir bildirmək, bəzən isə sadəcə diqqətli dinləyici olmaq üçün) məsləhətçi tapmaq olduqca çətindir. Bu axtarışın mürəkkəbliyi baş direktor rolunun peşəkar və fərdi zəifliyi ilə əlaqədardır. Adətən şirkətin işçiləri bu vəzifəyə uyğun görülmürlər.

Bəlkə, direktorlar şurasının üzvlərindən biri? Və ya şirkətin təcrübəli səhmdarı? Rəhbər bu vəzifəyə dostlarını və ya ailə üzvlərini təyin edə bilərmi? Təəssüflər olsun ki, bu qrupların nümayəndələri məsləhətçi roluna uyğun deyillər. Bunun səbəblərini izah edən müəyyən situasiyalar var.

CEO tabeçiliyində olan insanlardan heç birini məsləhətçi vəzifəsinə təyin edə bilməz, çünki onlar liderini dənizçilər kapitanı gördüyü kimi görürlər. Onlara görə, kapitan həmişə dəmir iradəyə sahib olmalı və qərarlarında inamlı olmalıdır 0 əks halda kim ona tabe olar?
Dostlar və ailə emosional dəstək verə bilər, lakin problemin kontekstini bilməli olduğunuz bir situasiyada onların tövsiyələri ümumiyyətlə faydasızdır.
Yaxşı məsləhətçi tapmaq problemi həmişə aktual olub. Məsələn, Makedoniyalı İsgəndər Aristoteldən dərs götürüb, Fransa kralı Lüdovik XIII baş məsləhətçi kimi kardinal Rişelyeni seçib, prezident Delano Ruzvelt isə məsləhət almaq üçün Corc Marşall və Harri Hopkins kimi görkəmli siyasətçilərə müraciət edib.

Bu nümunələrdən göründüyü kimi, CEO məsləhətçisi yetkin və çöxtərəfli bir insan olmalıdır.
Yaxşı məsləhətçi aşağıdakı keyfiyyətlərə malik olmalıdır:

1. CEO-lar müstəqil şəkildə qərar verə bilən məsləhətçilərə yüksək dəyər verirlər və lazım olduqda, o, həqiqəti söyləməyə hazır olmalıdır.

2. Yüksək mövqeyə baxmayaraq, CEO heç vaxt hər şeyi bilə bilməz. Effektiv məsləhətçilər, hər şeydən əvvəl universal olmalıdırlar. Onlar müəyyən sahədə əldə etdiyi biliklərini CEO-nun işlədiyi iş mühiti haqqında geniş təsəvvürü ilə birləşdirməyi bacarmalıdır. Məsələn, menecment nəzəriyyəçisi Peter Drukerin tövsiyələri həmişə bir çox CEO və hətta ABŞ hökuməti tərəfindən axtarılmışdır.

3. Çoxsaylı görüşlər, zənglər və öhdəliklər CEO-nu prioritet vəzifələrdən yayındırır. Baş direktorlar problemi başa düşmək, əlavə perspektiv təmin etmək və məqsədli suallar vermək imkanına görə məsləhətçilərə yüksək dəyər verirlər. Bu, onlara bütün diqqətini həqiqətən vacib olan strateji məqsədlərə yönəltməyə kömək edir.

Mövqeyindəki “təklik” səbəbindən lider həssas mövzuları, şübhələri, qorxuları və cəsarətli fikirləri müzakirə edə bilmir. Müşavir CEO-lara səhmdarlarla görüşə və ya direktorlar şurasının iclasına hazırlıq, rəhbərlik problemləri və karyera məsələləri daxil olmaqla geniş mövzular barədə danışmağa imkan verir. Məsləhətçinin təcrübəsi və biliyi rəhbərə səhvlərdən qaçınmaq, vəziyyətə nəzarət etmək və ən həssas məsələlərdə düzgün qərar qəbul etmək imkanı verir. Və ən əsası: müdrik məsləhətçi CEO-ya görkəmli lider olmasına imkan verir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları