12 C
Baku
Saturday, May 18, 2024

Rəhbər olmağın 10 hökmü

Əsl rəhbər – cəza üçün göndərilmiş zalım hökmdar deyil, müdrik və ədalətli yol göstərəndir.

Əlbəttə ki, rəhbərlik ilk növbədə Allah vergisidir. Belə insanlar adətən uşaq vaxtlarından bütün oyunların təşəbbüskarı olur və həmyaşıdlarını hər cür nadincliyə sövq edir, lakin özləri sudan quru çıxmağı bacarırlar.

O yol göstərəndir, ideyaların rəhbəri və istiqamətvericidir. Lakin anadangəlmə rəhbərlik bacarığınız yoxdursa, onda bu vərdişləri özünüzdə tərbiyə edə və ya daha da inkişaf etdirə bilərsiniz.

1. Psixologiyanı öyrənin. Bu təbii olaraq, hər bir əməkdaşla düzgün rəftar etməyə imkan verir.

2. Psixologiya vasitəsilə hər bir əməkdaşın prioritetini müəyyənləşdirin. Kiməsə maddi mükafat, kiməsə xidmətlərinin qiymətləndirilməsi lazımdır, bəzilərində isə müqavimət ruhunu inkişaf etdirmək gərəkdir.

3. Danışmağı öyrənin. Öz fikirlərinizi savadlı, lakonik, dəqiq, aydın, səlis cümlələr şəklində izah edin ki, əməkdaşlarınız sizin səhvlərinizi tutmasın. Orator sənəti üzrə kitablar oxunulmalı və nitq mədəniyyəti mütləq mənimsənilməlidir.

4. Qulaq asmağı öyrənin. Bu danışmaqdan daha vacibdir. Təhlil edərək və suallar verərək maraqla dinləmək daha böyük səy tələb edir. Insana fikrini bildirmək imkanı verilibsə, deməli onun fikri vacibdir ki, bu da daha yaxşı ünsiyyət qurmağa kömək edir.

5. Ahəngə tabe olun. Planların müəyyən olunması barədə iclaslar mütləq olmalıdır. Onlarda tez-tez şirkətin adını çəkin, daha çox “mən” deyil, “biz” sözündən istifadə edin. Loqotipli futbolkalar sifariş etmək olar, onlarda komanda yarışlarında çıxış edə bilərsiniz. Sizin tabeliyinizdə olanlar özlərini bütün bir tamın aktiv və vacib elementi kimi hiss etməlidirlər.

6. Heç nəyi diqqətinizdən yayındırmayın. Uğurları səmimi şəkildə tərifləyin və sakit formada çatışmazlıqları qeyd edin. Təşəbbüskarlığı qiymətləndirin və fəaliyyətsizliyin üzərində durun.

7. İnkişafın mərhələlərini özünüz üçün maksimum şəkildə dəqiq formalaşdırın və onları tabeliyinizdəki insanlara çatdırın. Bunların hamısı “məsələ-müddət” formasında həll olunmalıdır. Məsələn, həftə ərzində satışın həcmi 0,1% artırılmalıdır. Lakin bir günə dünyanı fəth etməyə çalışmayın.

8. İnsanlığınızı itirməyin. Əgər həmişə sadiq və etibarlı katibəniz artıq 3 gündür ki, gözü yaşlı gəzir və heç vaxt etmədiyi bağışlanılmaz səhvləri edirsə, onda onun üstünə qışqırmaq əvəzinə bəlkə problemi ilə maraqlanasınız. Pulla kömək edə və ya bir neçə gün istirahət verə bilərsiniz. Bu diqqət və anlayışla qarşılamanı uzunmüddət yadda saxlayırlar. Katibəniz sizə həm əməkdaş, həm də dost kimi kömək edəcək. Sizin inamınızı itirməkdən qorxacaq.

9. Məntiqli olun. Həmişə verdiyiniz sözü yerinə yetirin, istər maaşın 5 minə qaldırılması, istərsə də 5 dəqiqə daha tez işdən ayrılmağa icazənin verilməsi kimi vədlərə sadiq olun. Onda tabeliyinizdəki insanlar Sizə inanacaq. Bütün deyilənləri öz üzərinizdə sınayın. Belə ki, əgər bazar ertəsindən etibarən gecikməmə siyasəti həyata keçiriləcəksə, onda işə yarım saat gecikmək qəbuledilməzdir.

10. Sakit və nəzakətlə danışın. Qışqırmayın, kobudluq etməyin, özünüzə və həmkarlarınıza hörmət edin. Yüz dəfə işdən azad ediləcəyi ilə qorxutmağa ehtiyac yoxdur, onsuz da işləyən heç kim yoxdur. Yüz birincidə onlar Sizə artıq inanmayacaqlar. Lakin əgər əməkdaşın işdən çıxarılması barəsində qərar vermisiniz və bunu bəyan etmisinizsə onda qəti addım atmalısınız. Daha bir şeyi vurğulayaq: Sizi qışqırdığınız və hədə-qorxu gəldiyiniz üçün deyil, qulaq asdıqları üçün eşitməlidirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər