Rəhbərlərindən biri “Qala Sığorta”nı tərk etdi – TƏYİNATLAR

0
Şirkətin rayonb filiallarından biri

“Qala Sığorta” ASC-nin İdarə Heyəti üzvü olan Elmar İslam Valeh oğlu vəzifəsini tərk edib.

Banker.az-ın Sığorta Şirkətinə yaxın mənbədən əldə etdiyi məlumata görə, onun yerinə artıq təyinat olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Belə ki, Çəndirli Rafail Ziyaddin oğlu Sığorta Şirkətinin İdarə Heyətinə üzv seçilib.

Elmar İslam həmçinin Sığorta Şirkətinin Baş mühasibi idi. Onun vəzifəsini tərk etməsindən sonra Sabibsoy Rüfət Sahib oğlu Baş mühasib təyin olunub.

Xatırladaq ki, “Qala Sığorta” ASC -nin nizamnamə kapitalı 8 mln. manat olmaqla, “AzRe” Təkrar Sığorta Şirkəti səhmlərə tək sahiblik edir. Bundan əlavə “Qala Sığorta” “Qala Həyat” Sığorta Şirkətrinin əsas səhmdarıdır.