17 C
Baku
Thursday, May 23, 2024

Rəisi Çinə gedib

İran Prezidenti İbrahim Rəisi Çində səfərdədir.

Bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, onu fevralın 14-də səhər saatlarında Pekində hava limanında Çinin mədəniyyət və turizm naziri qarşılayıb.

Vurğulanıb ki, səfər Çin sədri Si Cinpinin dəvəti ilə reallaşıb. Məlumata görə, İbrahim Rəisi Çin lideri, Baş naziri, parlament sədri ilə görüşəcək. Bundan sonra nümayəndə heyətləri arasında görüş nəzərdə tutulub. Səfər zamanı tərəflər arasında bir sıra sənədlər də imzalanacaq.

Qeyd edək ki, son 20 ildə bu, İran Prezidentinin Çinə ilk rəsmi səfəridir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər