Rəqəmsal həyat necə dəyişir

0
Rəqəmsal

MƏİŞƏT texnikası hər ay dəyişmir. Bu, xüsusi funksiyalı daha mürəkkəb idarəetməyə uyğunlaşmaq üçündür.Buna görə də paralel olaraq həyatı  və xüsusilə də texnika ilə qarşılıqlı əlaqəni asanlaşdıran cihazlar buraxılır.

Rəqəmsal məlumatın qorunması


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bugün ev şəbəkəsini bir neçə səviyyədə kodlaşdıran çoxlu sayda “gadget”lər bazara çıxarılır. Bu sadəcə parol qoyulması deyil, həm də internetə qoşulan istənilən cihaza tam nəzarətdir. O təkcə üçlü qoşulma cəhdlərini tətbiq etmir , həm də avtomatik olaraq bütün icazəsiz “gadget”ləri blok edir. Nümunə kimi CUJO şirkətinin məhsulunu qeyd etmək olar.

Hava təmizləyicisi

Bu aparat işçilərin çox olduğu ofislər üçün münasibdir. Çox tez-tez otaq həftələrlə havalandırılmır.Və viruslar olmadan da əməkdaşlar xəstələnməyə başlayır. Əgər işəgötürən belə cihazı əməkdaşları üçün lazımlı hesab etmirsə, o zaman onun çox da böyük olmayan və USB-yə qoşulan variantını almaq olar. Beləcə təmiz atmosferi təmin etmək olar.

Ağıllı enerji yuvası

Ofislər üçün münasib olan çox yeni bir aparat. Bu enerji yuvası ona qoşulan cihazları izləyir və enerji sərfiyyatına nəzarət edir. İş rejimini də təyin etmək mümkündür. Cihaz qrafikə əsasən qoşulub sönəcək. Smartfonda xüsusi tətbiq yuvada yüklənmə statistikasını qoruyacaq, şəbəkədə gərginliyin stabilliyinə və digər göstəricilərə nəzarət edəcək.

Ağıllı lampalar

Smartfondan proqramlaşdırıla bilinən daha bir “gadget”.  Bu lampalar işıqlandırma səviyyəsinə, işıq axınının rənginə nəzarət etməyə umkan yaradacaq. Onun geri ödənişi adi Led  modellərində olandan daha bahadır. Enerji sərfiyyatına nəzarət hesabına onlar artıq və stabil işləyirlər. Bundan başqa onların mümkün gərginlik yüklənməsini aradan qaldıran qoruyucusu var.

Rəqəmsal qələm

Çox tez-tez elə hallar olur ki, kağıza nəsə yazırsan və sonra həmin kağızı itirirsən. Bu qələm, yazılanı öz yaddaşında, ayrıca bir faylda saxlayır və ya dərhal komputerə, smartfona və ya planşetə ötürür. Eyni zamanda o əlyazma bacarığının itməməsinə kömək edir. Sonra yazılanı rəqəmsala keçirməyə ehtiyac olmur.