18 C
Baku
Saturday, October 12, 2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ötən il gəlirləri azalıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2023-cü ildə gəlirləri azalıb.

Banker.az Nazirliyin 2023-cü il üzrə maliyyə hesabatının icmalına istinadən xəbər verir ki, 107.5 mln. manat gəlir əldə edib. Bu 2022-ci ildən 3.5% azdır.

Gəlirlərinin 93.96 mln. manatı qeyri-birja əməliyyatlarından, 14.42 mln. manatı birja əməliyyatlarından daxil olub.

Nazirlik,  107.34 mln. manat xərc çəkib və bu öncəki ildə 11.47 mln. manat idi.

Nazirliyin əməkhaqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri  5.49 mln manat, maliyyə yardımları və sair transferləri 100.91 mln manat, sərf etdiyi materialların dəyəri 78.27 min manat, amortizasiya xərcləri 96 min manat, sair əməliyyat xərcləri isə 771 min manat olub.

Son xəbərlər
Digər xəbərlər