16 C
Baku
Wednesday, May 22, 2024

Rəqəmsal manatın yaradılması üzrə danışıqlar aparılır

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkədə rəqəmsal manatın yaradılması üzərində tədqiqatlar aparılır və hökumətdə bu istiqamətdə danışıqlar gedir.

Bu barədə V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Çin və ABŞ arasındakı bu trend çox maraqlıdır, çünki cəmi 100 ildir ki, dollar dünya valyutasıdır: “Amma indi artıq Çinin iqtisadiyyatı tədricən ABŞ-ın iqtisadiyyatını keçmək üzrədir. Beynəlxalq Hesablaşmalar Bankının məlumatına görə, tranzaksiyaların həcmi 88%-i dollarladır, cəmi 4%-i yuanla. Yuanın rəqəmsal məsələdə bir addım öndə olması artıq onu göstərir ki, biz rəqəmsal valyuta aləmində böyük bir dəyişikliyin şahidi olacağıq. Rəqəmsal valyuta da demək olar ki, geniş miqyasda bizim maliyyə bank sektorunu tamamilə dəyişəcək”.

APA-Economics

Son xəbərlər
 ⁠
Digər xəbərlər