14 C
Baku
Wednesday, April 24, 2024

Rəqəmsal modellər yaradan startap 10 milyon dollar cəlb edib

Real dünya obyektlərinin rəqəmsal modellərini yaradan İngiltərə mərkəzli startap “SenSat” 10 milyon dollar investisiya cəlb edib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, investisiya “Sistema VC” vençur kapitalı fondundan, Çinin internet şirkəti “Tencent”dən və digər investorlardan toplanıb. A raundunun aparıcı investoru isə “Tencent” oldu.

Cəlb olunan vəsait beynəlxalq genişlənməyə və şirkətin böyüməsinə sərf olacaq. “SenSat” həmçinin il ərzində 100-ə yaxın yeni tərtibatçı, riyaziyyatçı və məlumat emalı mütəxəssislərini işə götürməyi planlaşdırır (komandada hazırda 30 nəfər var).

Startapın bu günə qədər cəlb etdiyi investisiyaların cəmi 14,5 milyon dollardır.

©Finans.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər