27 C
Baku
Saturday, July 27, 2024

Rəqəmsal reklam bazarı 420 milyard dollara çatacaq

“Juniper Research” şirkətinin analitikləri təxmin edirlər ki, yaxın 5 il ərzində rəqəmsal reklam bazarı ildə 18 faiz artacaq.

“İxbt.com” saytına istinadən məlumata görə, bu il qeyd edilən bazarın 184 milyard dollar olacağı proqnozlaşdırılır.

Əgər inkişafın qiymətləndirilməsi düzgün olarsa, 2022-ci ildə rəqəmsal reklamın satışı 420 milyard dollar olacaq. Bu məbləğ daşınar, mobil və masaüstü sistemlərin reklamları özündə birləşdirir, həmçinin yaşayış evlərindən kənar reklam displeylərini əks etdirir.

Analitiklər hesab edirlər ki, rəqəmsal reklam bazarının artımını hətta blokedici proqramlar da dayandıra bilməyəcək, baxmayaraq ki, onların təsiri hiss olunacaq dərəcədə olacaq. 2022-ci ildə onlar onlayn reklamın cəmi 10 faizini ələkdən keçirəcəklər. Eyni zamanda süni intellekt texnologiyaları sayəsində reklam daha da məqsədyönlü olacaq və bezdirici olmayacaq.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər