15 C
Baku
Friday, March 29, 2024

Rəqəmsal transformasiyaya maraq göstərən şirkətlərin buraxdığı səhvlər

Rəqəmsal transformasiyaya maraq göstərən şirkətlərin buraxdığı səhvlər

İqtisadi forumlarda ən çox müzakirə olunan mövzulardan biri də rəqəmsal transformasiyadır, öz biznesini “rəqəmsallaşdırmaq” istəyən idarəçilərin sayı isə get-gedə artır. Rəqəmsal transformasiyaya üz tutmuş şirkətlər hansı səhvlərə yol verirlər? Bu haqda Financial Mechanics-in icraçı direktoru Konstantin Zusmanoviç danışdı. 

1. “Rəqəmsal transformasiya” anlayışı səhv başa düşülür

Bəzən “rəqəmsal transformasiya” termini adı altında hər birimizə tanış olan rutin əməliyyatların robotlaşdırılmışı, biznes proseslərin avtomatlaşdırılması və s. nəzərdə tutulur. 

Bəzən insanlar elə düşünürlər ki, CRM və ya hətta ERP sistemlərinin yeridilməsi yeni bir şeydir, əslində isə elə deyil. Rəqəmsal transformasiyanın tərif çeşidinin geniş olduğuna baxmayaraq, onların hamısı eyni şey nəzərdə tutur: informasiya texnologiyalarından istifadə edərək şirkətin iş modelinin yenidən qurulması.

Amerikanın Caterpillar korporasiyasının təcrübəsini inqilabi dəyişikliklərin uğurlu nümunəsi adlandırmaq olar. Xatırladaq ki, şirkət istehsal etdiyi ağır avadanlıqlara monitorinq sistemini yeridə bilmişdir. Beləliklə, maşın avadanlığında yaranmış nasazlıqları vaxtında aşkar etmək və aradan qaldırmaq daha asan oldu. 

Və ya geniş məlumat bazasından aktiv şəkildə istifadə edən şirkətlərə nəzər yetirək. Onlar açıq mənbələrdən informasiyanı oxuyur, analiz edir və nəticəyə uyğun olaraq yükün qərar qəbul edirlər. Ötən on ildə belə bir şey qeyri-mümkün idi. 

2. Çox vaxt yeni texnologiyaları yalnız kompüter və proqram təminatı ilə əlaqələndirirlər

Müəyyən mənada bu, daha əvvəl danışdığımız səhvin variantlarından biridir. Əslində, real rəqəmsal transformasiya təkcə sadəcə alət rolunda çıxış edən İT sahəsini deyil, biznesin özünü dəyişdirir. 

3. Növbəti səhv – rəqəmsal transformasiyaya vahid yanaşmanın olmamasıdır

Bir KPMG araşdırması, Rusiya şirkətlərinin yalnız 20% -nin təşkilat səviyyəsində uyğun bir səlahiyyət mərkəzinə sahib olduğunu göstərdi. Onlardan yalnız 16%-i yeni vəzifə təyin etdilər – Chief Digital Officer (CDO). 

Vahid “koordinat sistemi” olmasa, bölmələrin əlaqələndirilməmiş səyləri mənfi nəticə verir. Müxtəlif proseslər bir-birindən müstəqil olaraq dəyişdirilir, biznesin işi isə “Formula 1” avtomobilinə samosvalın mühərrikini qoymaq cəhdinə bənzəyir.

Məsələn, rəqəmsal islahat istehsalata təsir edərsə, tədarük, marketinq və xidmət proseslərinin müvafiq tənzimlənməsi tələb olunur. Əks təqdirdə, ilk baxışdan uğurlu addımlar da lazımi nəticə verməyəcəkdir.

4. Rəqəmsal transformasiya səhv qiymətləndirilə bilər

Çox vaxt rəqəmsal transformasiya səhv qiymətləndirilir. Bəzi mütəxəssislər elə düşünürlər ki, rəqəmsal transformasiya hər dərdin dərmanıdır. Hər bir alət kimi rəqəmsal transformasiyanın da istifadə sahələri var. Məsələn, yaxın bir neçə ildə şirkətinizin məhsulları və ya xidmətləri bazar tərəfindən tələb olunmadığı təqdirdə onları yeni texnoloji səviyyəyə keçirməyin mənası yoxdur.

5. Şirkətin rəqəmsal transformasiyaya hazır olmaması

Yuxarıda göstərilən KPMG sorğusu göstərir ki, transformasiya üçün əsas əngəllərdən biri də şirkətin buna hazır olmamasıdır. Bu problem respondentlərin 64%-dən çoxunda rast gəlinir. 

Bu vəziyyət, İT mühitindən götürülmüş atalar sözləri ilə əks olunur: “Tör-töküntünün rəqəmsal transformasiyası irəliləyişə yox, rəqəmsal tör-töküntüyə səbəb olur”. 

Son xəbərlər
Digər xəbərlər