Rəsmi: Azərbaycanda ən çox ölüm halı martda olub, təbii artım 28% zəifləyib

Azərbaycanda əhalinin sayındakı artım 12 682 nəfər olub, bu da öncəki illə müqayisədə 28% (4 909 nəfər) azalıb .

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinin yanvar-aprel ayı üzrə rəqəmlərinə istinadən xəbər verir.

2020-ci ilin yanvar-mart ayları ərzində yeni doğulanlar 28 690 nəfər, ölənlərin sayı isə 16 008 nəfər təşkil edib.

2019-cu ilin eyni dövrü ilə müqayisədə ölkədə yeni doğulanların artımı 12% azalıb, ölənlərin sayı isə 8% artmışdır.

Ölənlərin 5 177 nəfəri yanvar, 5 039 nəfəri fevral və  5 792 nəfəri isə mart ayı ərzində qeydə alınıb.