24 C
Baku
Tuesday, September 27, 2022

Rəsmi: Bu il OnePlus 8T seriyasında Pro model olmayacaq

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti bu il OnePlus 8T seriyasının Pro modelini təqdim etməyəcək. İndi isə bu məlumat öz təsdiqini tapıb. Bu barədə Gagadget saytı xəbər verib. Bu cür bəyanatı OnePlus şirkətinin CEO-su Pete LauWeibo sosial şəbəkəsindəki hesabında verib. Onun sözlərinə əsasən OnePlus 8 Pro modeli təkmilləşdirilmiş versiyaya ehtiyac duymur və onu əldə etmək istəyənlər OnePlus 8T-nin satışa çıxmasından sonra da bunu edə biləcəklər. Bununla yanaşı o qeyd edib ki, 14 oktyabr tarixində baş tutacaq təqdimat tədbiri çərçivəsində OnePlus şirkəti OnePlus 8T-dən başqa digər yeni məhsullarını da təqdim edəcək.

Gözləntilərə əsasən şirkət yeni büdcəli OnePlus Nord modelini, OnePlus Buds Z naqilsiz qulaqlıqlarını, OnePlus Watch smart saatını və 65 vatt gücündə şarj cihazını təqdim edəcək. Son məlumat sızıntılarına əsasən OnePlus 8T smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.55 düym AMOLED ekran, Snapdragon 865+ prosessoru, 12 GB-a kimi RAM, 256 GB-a kimi daxili yaddaş həcmi, 65 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya və 48 MP + 16 MP + 5 MP + 2 MP dördlü arxa kamera ilə təchiz olunacaq.

Son xəbərlər
Oxşar xəbərlər