3 C
Baku
Saturday, February 4, 2023

Rəsmi Moskva Rusiya aktivlərindən Ukrayna üçün fond yaradılması ideyasına münasibət bildirib

Brüssel qızğın şəkildə Rusiya aktivlərini oğurlamağa çalışır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Avropa Komissiyasının Rusiya Federasiyasının dondurulmuş aktivlərini idarə etmək üçün xüsusi struktur yaratmaq təklifinə münasibət bildirərkən deyib.

“Avropa Komissiyasının bütün bu fəaliyyəti ölkəmizə qarşı tətbiq edilən qeyri-qanuni sanksiyaların və Rusiyanın fiziki və hüquqi şəxslərinə məxsus aktivlərin oğurlanmasının “legitimləşdirilməsi” yollarını axtarmağa yönəlib”, – deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bildirib ki, Avropa Komissiyası Rusiya Federasiyasının dondurulmuş aktivlərini idarə etmək üçün xüsusi strukturun yaradılmasını təklif edib. AK-nin qiymətləndirmələrinə görə, Ukraynanın münaqişə zamanı itkiləri təxminən 600 milyard avro təşkil edib. Bəyanatda bildirilir ki, Qərb Rusiya Mərkəzi Bankının təxminən 300 milyard avrosunu və Rusiya biznesinin 19 milyard özəl vəsaitlərini bloklayıb. Von der Leyenin sözlərinə görə, sanksiyalar ləğv edildikdən sonra bu vəsait Rusiyanın Ukraynaya dəymiş ziyanı tam şəkildə ödəməsi üçün istifadə oluna bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X