33 C
Baku
Monday, June 17, 2024

Rəsmi mövqe: ABŞ neftin qiymətinə təsir etmir

“Dünyanın əksər ölkələrindən fərqli olaraq, bizdə enerji sahəsində bir və ya beş şirkət deyil, 4000-ə yaxın şirkət fəaliyyət göstərir. ABŞ prezidenti və ya mən onlara desək ki, qiymətlərin artması üçün hasilatı azaldın, o şirkətlər bizi dinləməyəcək”.

Bunu ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokştayn Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Hokştaynın sözlərinə görə, dünya enerji bazarında təklif artımı müşahidə olunur və qiymətlər aşağı düşür: “Lakin qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil və bizim bazara müdaxiləmiz nəticəsində baş vermir. Məhz OPEC qiymətlərin dəyişməsinə təsir edən qurumdur. Bu təşkilatın üzvləri bir araya gələrək qiymət artımını təmin etmək üçün hasilatı azaltmaq barədə qərar veriblər”.

MənbəAzVision
Son xəbərlər
 ⁠
Digər xəbərlər