32 C
Baku
Tuesday, July 23, 2024

Rəsmi nikahın əvəzinə dini kəbin kəsilməsini həyata keçirənlərlə bağlı cəza tətbiq edilməsi təklif olunur

“Ölkədə rəsmi nikahın əvəzinə dini kəbin kəsilməsini həyata keçirənlərlə bağlı cəza tətbiq etmək lazımdır”.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, rəsmi nikah olmadığından tərəflər ciddi məsuliyyətli olmurlar.

“Bir müddət sonra boşanma baş verir və bu da ciddi narahatlıq doğurur. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin də tövsiyəsi də var. Onlar bildirir ki, rəsmi nikah olmadan dini kəbinin kəsilməsin. Amma bununla bağlı ciddi cəzalandırma olmalıdır”, – deyə deputat bildirib.

Son xəbərlər
Digər xəbərlər