1 C
Baku
Cümə, Yanvar 21, 2022

Könüllü şəkildə bazarı tərk etmək istəyən “Rəvan Sığorta” 5 milyon manata yaxın zərər açıqladı

“Rəvan Sığorta” cari ilin birinci yarısını 4 milyon 838 min manat zərərlə başa vurub.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ilin 6 ayında “Rəvan Sığorta”nın cəmi gəlirləri 2 milyon 425 min 251 manat, cəmi xərcləri isə 2 milyon 178 min 416 manat təşkil edir.

Sığorta şirkətinin bu ilin birinci yarısında cəmi aktivləri 12 milyon 69 min 621 manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə aktivlərin 29,3% azallması deməkdir. 2019-cu ilin sonunda isə “Rəvan Sığorta”nın cəmi aktivləri 17 milyon 58 min manat olub.

Hesabat dövründə “Rəvan Sığorta”nın cəmi öhdəlikləri ötən ilin sonuyla müqayisədə 3% azalaraq 4 milyon 47 min manat, cəmi kapitalı isə 38% azalaraq 8 milyon 22 min manat təşkil edib.

Xatırladaq ki, “Rəvan Sığortan”nın səhmdarları “Nurgun Grup”, “Nurgün Motors” və ləğv edilən “NBC Bank” 10 avqustdakı ümumi yığıncaq keçirib, sığorta şirkətinin könüllü ləğv edilməsini planlamışdırlar.

Son xəbərlər
Oxşar xəbərlər