11 C
Baku
Friday, October 25, 2024

“Rəvan Sığorta” özü də ləğv olunduğunu elan edir

“Rəvan Sığorta” ASC ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1072 Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski 40 küçəsi ünvanına bildirə bilərlər.

Bildirək ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 mart 2021-ci il tarixli qərarı ilə “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 15 oktyabr 2009-cu il tarixli, 000271 nömrəli lisenziya ləğv edilib.

Xatırladaq ki, “Rəvan Sığorta” 1998-ci ildə “Double Insurance Company” kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını “Star Alyans Sığorta”ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8.9 milyon manat idi. Şirkətin səhmlərinin 49,1%-i “Nurgun Group of Companies”ə, 42.36%-i “Nurgun Motors” MMC-yə, 8.54%-i isə lisenziyası ləğv edilən “NBC Bank”a məxsusdur.

Son xəbərlər
Digər xəbərlər