26 C
Baku
Saturday, July 27, 2024

“Rəvan Sığorta”nın maliyyə vəziyyəti məlum olub

“Nurgun Holdinq”ə daxil olan digər bir maliyyə qurumu “Rəvan Sığorta” ASC 2018-ci ilin 4 rübü üzrə 1,57 mln. manatlıq cəmi gəlir, 1,34 mln. manatlıq xərc edib.

Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin 2018-ci il üzrə maliyyə hesabatında deyilir.

2017-ci il ilə müqayisədə son ildəki cəmi gəlirləri 27 faiz, cəmi xərcləri isə 58 faiz artıb. Məhz bu il mənfəətə çıxmasına əsas səbəb kimi Sığorta şirkətinin gəlirləri deyil, xərclərinin azalması hesabına baş verib və 227 min manatlıq mənfəət edib. Qeyd edək ki, ötən bu şirkətin cəmi gəlirləri xərclərini qarşılaya bilməmişdi və ümumilikdə 1 mln. manatdan çox zərər etmişdi.

Hazırda sığorta şirkətinin cəmi aktivləri 15,12 mln. manat cəmi öhdəlikləri isə 2,43 mln. manat təşkil edir. 

“Rəvan Sığorta” ASC-nin hazırda nizamnamə kapitalı 8,9 mln. manat olmaqla səhmlərinə 100%-i  “Nurgun Şirkətlər Qrupu”a məxsusdur.

 

 

 

Son xəbərlər
Digər xəbərlər