Rəvan Sığorta ASC-nin rəhbərliyində yeni təyinat olub. Şirkətdən Banker.az-a verilən məlumata görə Nuriyev Mail Nurəhməd oğlu Maliyyə Bazarlarına Nəzarət Palatasından müvafiq attestasiyadan keçərək İdarə Heyətinin üzvü seçilib.
Qeyd edək ki, Mail Nuriyev 2010-cu ildən Rəvan Sığorta ASC-də çalışır. O, şirkətdə satış meneceri kimi əmək fəaliyyətinə başlamış, 2013-cü ildə isə Satış və Marketinq departamentinin müdiri vəzifəsinə təyin olunmuşdur.