Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Türk mətbuatından “Banker.az”a verilən məlumata görə görüşün əsas mövzularından biri Ermənistanın Azərbaycana qarşı təxribatları, Dağlıq Qarabağdakı vəziyyət və Azərbaycana göstərilən dəstəkdir.
Həmçinin tədbirdə koronavirusla mübarizə, eləcə də Şimali Kiprə rəhbər seçilən Ersin Tatar barədə müzakirə aparılacaq.