Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Naxçıvana səfər edəcək.
Banker.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Ölkə liderləri arasında ikitərəfli və nümayəndə heyətləri ilə görüşlər keçiriləcək. Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, iki ölkə üçün ortaq maraq kəsb edən regional və beynəlxalq hadisələr müzakirə olunacaq.