- Unutmaq lazım deyil ki, rəhbər şəxs əməkdaşın dayəsi və yaxud himayədarı deyil.
- Rəhbərin yeganə vəzifəsi – işçi kollektivini toplamaq, tapşırıq və iş yerini təşkil etmək və kollektivi işlək vəziyyətə gətirməkdir.
- Rəhbərlər nadir, icraçılar milyonlarladır.
- Rəhbər dəyişməklə, kollektiv də dəyişir.
- Rəhbər şəxs əməkdaşlarının tələblərini nə qədər çox yerinə yetirərsə, onlar bir o qədər çox ona nifrət edərlər.
- Həmin şəxs özünə qarşı həddindən artıq səmimi münasibətə yol verməməlidir.
- Yalnız rəhbər şəxs kollektivini hara yönləndirdiyini bilər.
- Öz əmək haqqısının 100%-nə layiq olan heç bir əməkdaş yoxdur.
- Əməkdaş müəyyən müddətdən sonra istənilən səviyyədə olan əmək haqqına öyrəşir və nəticədə ona azlıq edir.
- Rəhbər şəxs hər bir əməkdaşa ayrılıqda səhvlərini izah etsə nə rəhbərin, nə də kollektivin işləməyə zamanı qalar.
- Rəhbər şəxsi tabe əməkdaşdan fərqləndirən əsas cəhət ondan ibarətdir ki, rəhbər şəxs yalnız özünün deyil, əməkdaşlarının həyatı üçün də məsuliyyət daşıyır.
- Əməkdaşların əksər hissəsi istirahət günlərində iş və öhdəliklərini unuda bildikləri halda, rəhbər şəxs buna yol verə bilməz.
- Hətta iki nəfərdən ibarət kollektivdə də rəhbər şəxs təyin edilir.
- Əməkdaşın dəyərliliyi göstərdiyi nəticələr ilə ölçülür.
- Rəhbərin dəyəri isə idarə etdiyi kollektivin nümayiş etdirdiyi nəticələr ilə ölçülər.
- Dünyada rəhbərlər olmasa insanlar aclıqdan və daxili çəkişmələr səbəbindən həlak olar.
- Rəhbər olmadan bir xalq zəifliyin idarə etdiyi kütləyə çevrilər.
- Rəhbər şəxs hər şeydən öncə insan olmalıdır.
- İşə görə məsuliyyəti daim 1 şəxs daşımalıdır.
- Rəhbər şirkətin əsas simasıdır. Rəhbər yoxdursa, şirkət də yoxdur.
- Rəhbər əməkdaşının nəyə qadir olduğunu təhlil edir və onun bacarıqlarına uyğun olaraq vəzifə və tapşırıq təyin edir.