12 C
Baku
Friday, March 29, 2024

“Rəhbər” şəxsin əsas qaydaları

  • Unutmaq lazım deyil ki, rəhbər şəxs əməkdaşın dayəsi və yaxud himayədarı deyil.
  • Rəhbərin yeganə vəzifəsi – işçi kollektivini toplamaq, tapşırıq və iş yerini təşkil etmək və kollektivi işlək vəziyyətə gətirməkdir.
  • Rəhbərlər nadir, icraçılar milyonlarladır.
  • Rəhbər dəyişməklə, kollektiv də dəyişir.
  • Rəhbər şəxs əməkdaşlarının tələblərini nə qədər çox yerinə yetirərsə, onlar bir o qədər çox ona nifrət edərlər.
  • Həmin şəxs özünə qarşı həddindən artıq səmimi münasibətə yol verməməlidir.
  • Yalnız rəhbər şəxs kollektivini hara yönləndirdiyini bilər.
  • Öz əmək haqqısının 100%-nə layiq olan heç bir əməkdaş yoxdur.
  • Əməkdaş müəyyən müddətdən sonra istənilən səviyyədə olan əmək haqqına öyrəşir və nəticədə ona azlıq edir.
  • Rəhbər şəxs hər bir əməkdaşa ayrılıqda səhvlərini izah etsə nə rəhbərin, nə də kollektivin işləməyə zamanı qalar.
  • Rəhbər şəxsi tabe əməkdaşdan fərqləndirən əsas cəhət ondan ibarətdir ki, rəhbər şəxs yalnız özünün deyil, əməkdaşlarının həyatı üçün də məsuliyyət daşıyır.
  • Əməkdaşların əksər hissəsi istirahət günlərində iş və öhdəliklərini unuda bildikləri halda, rəhbər şəxs buna yol verə bilməz.
  • Hətta iki nəfərdən ibarət kollektivdə də rəhbər şəxs təyin edilir.
  • Əməkdaşın dəyərliliyi göstərdiyi nəticələr ilə ölçülür.
  • Rəhbərin dəyəri isə idarə etdiyi kollektivin nümayiş etdirdiyi nəticələr ilə ölçülər.
  • Dünyada rəhbərlər olmasa insanlar aclıqdan və daxili çəkişmələr səbəbindən həlak olar.
  • Rəhbər olmadan bir xalq zəifliyin idarə etdiyi kütləyə çevrilər.
  • Rəhbər şəxs hər şeydən öncə insan olmalıdır.
  • İşə görə məsuliyyəti daim 1 şəxs daşımalıdır.
  • Rəhbər şirkətin əsas simasıdır. Rəhbər yoxdursa, şirkət də yoxdur.
  • Rəhbər əməkdaşının nəyə qadir olduğunu təhlil edir və onun bacarıqlarına uyğun olaraq vəzifə və tapşırıq təyin edir.

Son xəbərlər
Digər xəbərlər