15 C
Baku
Friday, March 29, 2024

Rəhbər vəzifəli şəxslər üçün İR sahəsində təlimlər təşkil ediləcək

Dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi ilə bağlı təlimlər keçiriləcək.

Banker.az  təlimlər “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” üzrə təşkil olunacaq. Məqsəd rəhbər vəzifəli şəxslərin insan resurslarının idarə edilməsi sahəsində biliklərinin artırılmasıdır.

Strategiyada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət İmtahan Mərkəzi və digər dövlət orqanları normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən olunub.

Qeyd edək ki, Strategiya Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiqlənib.

©azertac.az

Son xəbərlər
Digər xəbərlər