Thales International Western Countries B.V i. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini 1065 Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 8, Hyatt beynəlxalq Mərkəzi, Hyatt Touer 2, 1-ci mərtəbə, Dentons Şirkəti ünvanına bildirə bilərlər.
Qeyd edək ki, fevral ayında nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin Şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə görə həbs olunmuşdur.