- Rəhbər işçinin nəyə qadir olduğunu qiymətləndirir və qabiliyyətinə görə onun yerini və vəzifələrini müəyyən edir.
- Rəhbər dayə və ya Tereza ana deyil.
- Rəhbərin yeganə vəzifəsi kollektiv toplamaq və hər bir kəsin yer və vəzifəsini müəyyən edərək bu kollektivi iş vəziyyətinə gətirməkdir.
- Heç kim rəhbər olaraq dünyaya gəlmir.
- Əsl rəhbərləri barmaqla saymaq olar, icraçıların sayı isə milyonları aşır.
- Kollektiv rəhbərə uyğun olaraq təşkil olunur.
- Rəhbər dəyişiləndə kollektiv də dəyişir.
- Rəhbər işçilərinin istəklərini nə qədər çox yerinə yetirərsə, ona bir o qədər çox nifrət edəcəklər.
- Əgər siz də lidersinizsə nəticəni yox, ona doğru hərəkəti təşviq edin. İnsanlar üçün nəticə qazanmağın mənası yoxdur.
- Rəhbər özünə qarşı qeyri-peşəkar münasibətə göz yuma bilməz.
- Rəhbərin tabeçiliyində olan işçi, heç vaxt onu başa düşə bilməyəcək.
- Kollektivin hərəkət etdiyi istiqaməti yalnız rəhbər başa düşür.
- Heç bir işçi maaşını yüz faiz olaraq haqq etmir.
- İşçi əmək haqının istənilən səviyyəsinə alışır.
- İşçiləri yoxlamaq istəyirsinizsə, alət olaraq puldan istifadə edin.
- Əgər rəhbər hər bir işçinin problemlərinə diqqət yetirsə, heç kimin işləməyə vaxtı olmayacaq.
- Dəqiq müəyyən edilmiş vəzifələr işçinin faydalı iş əmsalını artırır.
- Rəhbər işçiləri ilə müqayisədə daha cəsarətli olur və təkcə öz həyatına görə deyil, tabeçiliyində olan insanların həyatına görə olan məsuliyyəti üzərinə götürür.
- İşçi məsuliyyətinin müəyyən hissəsini rəhbərin boynuna qoymaq üçün kollektivə gəlir.
- Əgər işçilərin əksəriyyəti həftə sonu işlərini və öhdəliklərini unuda bilirlərsə, rəhbərin belə bir imkanı yoxdur.
- Hətta iki nəfərlik bir kollektivdə belə rəhbər müəyyən olunur.
- Bir işçinin dəyəri onun əldə etdiyi nəticələrin keyfiyyəti ilə ölçülür.
- Bir rəhbərin dəyəri isə onun rəhbərlik etdiyi kollektivin əldə etdiyi nəticələrin keyfiyyəti ilə ölçülür.
- Liderliyin təməli uşağın tərbiyə olunması zamanı qoyulur.
- Rəhbər işçinin həyatını məna ilə doldurur.
- Əgər planetimizdə olan bütün rəhbərlər yoxa çıxsalar, insanlar aclıqdan və ya müharibələrdən məhv olacaqlar.
- Rəhbər olmadan xalq zəifliklərlə idarə olunan kütləyə çevrilir.
- Rəhbər hər şeydən əvvəl insan olmalıdır.
- Rəhbərin gücü onun düzgün yol seçilməsində sarsılmaz inamındadır.
- Bu və ya digər vəzifəyə görə yalnız bir nəfər məsuliyyət daşıyır.
- Hər bir rəhbər öz şirkətini təmsil edir. Əgər rəhbər yoxdursa, şirkət də yoxdur.