6 C
Baku
Thursday, January 9, 2025

Rəhbərinizi imzasından tanıyın!

Bu balaca cızma-qarada, yəni sizin rəisiniz sənədin üstünə atdığı imzada kifayət qədər çox informasiya gizlənmişdir. Sadəcə ona daha yaxından nəzər salmaq lazımdır

Geniş natura

İmzanın böyük və geniş olması sizin rəhbərin xasiyyəti haqqında məlumat verə bilər –sanki bir kağız vərəqi imzanı yerləşdirmək üçün kifayət eləmir və qolun bir hissəsi elə bil stolun üstünə düşəcək.  İri imzanın sahibi geniş dünyagörüşünə malikdir, o özünə görə demokratikdir və hesab edir ki, onun tabeliyində olan şəxslərində öz fikirlərini söyləməyə haqqı vardır. Bundan istifadə edərək, tez-tez təşəbbüslə çıxış edin ki, sizin karyeranız yerində addımlamasın.

Əksinə, əgər sizin rəhbərinizin imzası, atəş kimi qısadırsa –bu o deməkdir ki, o uzun-uzadı müzakirələrə və mühakiməyə meylli deyildir. O, qərarı dərhal qəbul edir, təlimatı qısa şəkildə verir, ona görə də həmin an maksimal dərəcədə toparlanmış və diqqətli olmağa çalışın –çünki rəhbəriniz bir şeyi iki dəfə deməyəcək. Digər tərəfdən isə bunun özünün də üstünlüyü vardır: sizin vaxtınız mənasız söhbətlərə getməyəcək.

Yuxarı və ya aşağı?

Çox nadir hallarda insanlar düzxətli, sanki xətkeş altında çəkilirmiş kimi imza atırlar. Bir qayda olaraq, imzanın sonluğu (yəni quyruq hissəsi) ya yuxarıya doğru qalxır, ya da aşağı istiqamətlənir. Əgər imza yuxarı qalxırsa demək qarşınızdakı insan optimistdir, bu o deməkdir ki, satışların aşağı düşməsi və ya hər hansı bir sövdənin pozulması onun əl-qolunu yanına salmayacaq. O, dərhal, daxili tarazlığını pozmadan çıxış yolunu tapacaq. Belə rəhbərlə çox asanlıqla kəşfiyyata da çıxmaq olar!

Amma əgər imzanın sonluğu aşağı doğru əyilirsə, deməli sizin qarşınızda melanxolik insan dayanıb. O, bütün qəlbi ilə stresslərdən uzaq olmağa çalışır. Əməkdaşlar üçün isə bu o deməkdir ki, rəhbər həddindən artıq tələbkardır və eyni zamanda da riskləri şişirtməyə meyllidir. Belə bir tip rəhbərlə yeni ideyanı həyata keçirmək olduqca çətin olacaq, amma siz onu inandırsanız ki, bütünlükdə situasiyanı, hər bir anı və məqamı nəzarətdə saxlaya bilərsiniz, onda bəlkə bu ideyanı həyata keçirmək mümkün oldu.

imza3

Gümrah başlanğıc

İmzanın başladığı ilk hərfə diqqət yetirin. Əgər o, həcmlərinə görə digərlərindən nəzərə çarpacaq qədər böyükdürsə, sizin qarşınızda ambisiyalı insan dayanır. Onun “eqo” hissi çox güclüdür. Belə bir imzanın sahibi ilə ünsiyyət zamanı ehtiyatlı olun. Və söhbət əsnasında “mən” əvəzliyindən mümkün qədər az istifadə edin. Yaxşı olar ki, rəhbərin sizin ideyanı reallaşdırdığı təqdirdə əldə edəcəyi mənfəət və üstünlüklər üzərinə əsas diqqət çəkəsiniz. Məsələn ona şöbənin göstəricilərinin artımından bəhs edin.

Əgər sizin rəhbəri imzası düzxətlidirsə (yəni yuxarı qalxıb, aşağı əyirmirsə) və demək olar ki, bütün hərflər təqribən, eyni hündürlüyə malikdirsə, demək o, əməkdaşlara öz tərəfdaşı kimi yanşamaq xüsusiyyətinə malikdir. Onunla öz fikir və təkliflərinizi ürəklə bölüşün –onun  sizə qulaq asmaq ehtimalı böyükdür.

Xəttin altında

Hərdən elə olur ki, imza sanki xətdən aşağıdan çəkilib. Belə bir imzanın sahibi çox güman ki, çətin xarakteri ilə fərqlənir. Bir  tərəfdən, o həddindən artıq küsəyən, kin saxlayan, digər tərəfdən isə ambisiyalı insandır. Belə tipdə rəhbərlə konstruktiv qarşılıqlı münasibətlər qurmaq üçün heç də az diplomatiya lazım olmayacaq. Müsbət cəhət odur ki, o tabeliyində olan şəxslərə qulaq asmağı bacarır. Mənfi cəhət, bu insan demək olar ki, tənqidi qəbul etməyi bacarmır. Belə bir insana bir başa etiraz etməkdən yayınmağa çalışın. İnandırıcı olun, öz qənaətinizi obyektiv rəqəmlərlə təsdiq etməyə səy göstərin, özünüzü həddindən artıq emosional davranmaqdan saxlayın – beləliklə siz bu əməkdaşlıqda da itkilərdən uzaq olaraq, lazımı fayda götürə biləcəksiniz.

imza4

Yaradıcı uçuş

Əgər rəhbərinizin imzası müxtəlif növ çizgilər, xətlər və ya digər dekorasiya elementləri ilə zəngindirsə, demək qarşınızda yaradıcı şəxsiyyət  dayanır. Belə insan sanki tamaşaçı qarşısında çıxış etmək üçün doğulub və sanki səhnədə imiş kimi davranmaq ona hava-su kimi lazımdır. Şəkil sayağı jestlər, formal pozalar, xüsusi vurğulayıcı nitq –bəzən bütün bu özünəvurğunluq çox qıcıqlandırıcı və itələyici ola bilər və ətrafdakıları bezdirər.  Amma öz bosunuza digər tərəfdən yanaşmağa çalışın. Yaradıcı insanlar emosionaldır, həm də eyni zamanda digərlərinin problemlərinə qarşı həssasdırlar, daha çox insanpərvərdirlər.

Zaman-zaman onlar da xaotik ola bilirlər, amma lazımı anda onlar elə ideya düşünürlər ki, bu başqa heç kəsin ağlına gələ bilməzdi. Belə insanlar ilham mənbəyi olur, insanı çox asanlıqla ruhlandırır, bundan istifadə edin və heç olmasa arada bir gündəlik yeknəsəqliyin fövqünə qalxın ki, çətinliklər haqqında düşünmədən, daha əzmkarlıqla işləyə biləsiniz.

Son xəbərlər
Digər xəbərlər