9 C
Baku
Friday, December 13, 2024

Rəhbərlər üçün 10 praktiki məsləhət

1. Hər bir rəhbər komandası üçün nümunədir, buna görə də o, daim öyrənməlidir, peşəkarlıq səviyyəsini artırmalıdır. Çox vaxt işçilər buna şübhə edirlər və müdirin nümayiş etdirdiyi davranışın, həyata qarşı münasibətin onlar üçün nümunə olduğuna inanmırlar. Bu – həqiqətdir. Belə olduqda, müxtəlif sahələrdə mütəxəssis olan biri, başqalarına daha böyük təsir göstərə biləcək və hər kəs onu dinləyəcək. Düşünün: şirkətimin hansı sahəsinə “baxmaq” istəmirəm? Çox güman ki, bu sahə haqqında məlumatınız yoxdur. Konfutsi deyib: “Əgər öyrənmək üçün vaxt yoxdursa, oxuduğunuz məlumatlarda daha seçici olun”.

2. Daha çox nəticə verən işçilərə daha çox diqqət yetirin. Qeyd edək ki, praktikada adətən bunun əksi olur. Motivasiya qanunlarından birində deyilir: “NƏ TƏŞVİQ ETSƏN, ONU DA ƏLDƏ EDƏCƏKSƏN”. Bu o deməkdir ki, problemi işçilərə qarşı diqqəti təşviq etməklə daha böyük problemlər əldə edirsiniz. Nə üçün? Fərqli davranın və bu qanunun effektiv olduğunu görəcəksiniz.

3. Həftədə bir dəfə iclas keçirin. Görüş zamanı işçilərinizə yalnız HƏLL EDİLMİŞ məsələlər haqqında məlumat verib, nəticə çıxarın, gələcək planlarınızı bölüşün. Motivasiya qanunu işgüzar görüşlərdə yalnız yaxşı məqamlara diqqət ayırmağı diktə edir. Yoxların. Bu işləyir.

4. Həll edilməli olan problemlər koordinasiya görüşlərində müzakirə olunur. Burada ən vacib məqamlardan biri də odur ki, bu kimi iclaslarda fərqli işçilər iştirak etməlidir. Bəziləri “artan həcmlər” məsələləri, bəziləri isə “nəticələr”lə məşğul olurlar.

5. Tabeçiliyinizdə olan insanlardan “həlli olmayan problemləri” qəbul etməyin. Çalışın hər bir işçi təkcə problemi deyil, həm də onun mümkün həlli yolunu səsləndirsin. Bu məqsədlə qapıya və ya masaya özündə aşağıdakı məzmunda ifadələr çap edib yapışdıra bilərsiniz: 

“Özünlə problem gətirdinsə, həllini də götürməyi unutma”.

6. İşçilərin “döyüşkən ruhunu” yüksəltmək üçün daha bir metod var – “general təmizləmə”. Bu hərəkət sadə olsa da, həmişə yaxşı nəticə verir. Qeyd edək ki, “general təmizləmə”ni sistematik olaraq tətbiq etmək lazımdır, məsələn, hər ayın son şənbə günü. Dolablar, masalar, rəflər, zibil qutuları, fərdi kompüterlər – hər şey təmizlənməlidir.

7. Tərəfdaşlarınıza və müştərilərinizə şirkətinizdə baş verən xoş xəbərlər haqqında məlumat verin. Buna “ictimaiyyətlə əlaqələr” deyilir. Belə ki, son 3-6 ayda şirkətdə baş verən ən yaxşı şeyləri yazın və onlara təqdim edin. Mütləq deyil ki, bunu üzbəüz edəsiniz: e-poçtdan da istifadə etmək mümkündür.

8. Rəhbərin əsas vəzifəsi nədən ibarətdir? 1) Qarşıya məqsəd qoymaq və 2) onların icrasına nail olmaq. Siz nəzərə almalısınız ki, qarşıya qoyduğunuz vəzifələr işçilər üçün başa düşülən olmalıdır və yazılı şəkildə təqdim edilməlidir. Bu, mümkün səhvlərdən qaçmağa kömək edə bilər. Və mütləq işçinin verilən tapşırığı yerinə yetirməsini təmin etmək lazımdır. Belə ki, çox vaxt müdirlər işçilərinə nəzarət etmirlər.

9. Şirkətinizdə iş proseslərini yaxşılaşdıracaq yeni ideyalar irəli sürən işçiləri mükafatlandırın. İşçilərin təşəbbüs göstərməsi çox dəyərlidir, çünki “köhnə problemlərə” fərqli gözlə baxmağa imkan verir. 

10. İşçilərinizə təlim keçin. Doğrudur, bu fikir yeni deyil, lakin söhbət təkcə işçilərini müxtəlif təlimlərə göndərməkdən getmir. Biz şirkət daxilində 1-2 saatlıq “master-klass”ların keçirilməsini nəzərdə tuturuq. Adətən belə seminarlar daha böyük effekt verir. Sizcə, şirkətinizin özəl xüsusiyyətlərini sizdən yaxşı kim bilir?

Son xəbərlər
Digər xəbərlər