12 C
Baku
Monday, November 25, 2024

Rəhbərləri dahi edən nədir?

MənbəHarvar Business Review

İnsanı mükəmməl rəhbər edən əsas nüans nədir? Bu, mənim indiyə qədər üzərində araşdırma apardığım əsas sualdır.

 Mənim bu məsələyə yanaşmam mümkün olan qədər aydın və əsaslandırılmış olmalıdır. Buna görə də mən effektivliyi sübuta yetirilməmiş hər hansı məsləhət verməkdən uzaq olmağa çalışmışam. Mən istəyirdim ki, güclü araşdırmaya əsaslanmış iş texnikası və davranışlarına baş vurum, mənə elə gəlir ki, yaxşı rəhbərlərin vərdişlərini mənimsəmək, pis rəbərlərin səhvlərindən yayınmaq və digərlərinin işini müşahidə etməklə hər kəs öz vəzifəsinin öhdəsindən daha yaxşı gələ bilər. 

Lakin eyni vaxtda mən belə bir nəticəyə gəldim ki, dünyada mövcud olan heç bir texnika və ya iş davranışı rəhbəri mükəmməl səviyyəyə yuksəldə bilməz, əgər onun özündə müəyyən düşüncə tərzi yoxdursa (formalaşmayıbsa).

Mənim mütəxəssis qiymətləndirilməsinə yönəldilmiş araşdırmaları  mütaliəm, üstəgəl unikal təhsil təcrübəm və müxtəlif sahələrdə çalışmış idarə edicilərlə apardığım məsləhətləşmələr mənə ən yaxşı rəhbərlərin əməl etdiyi hakim (açar) inamları müəyyən etməyə imkan yaratdı, qeyd edək ki, pis rəhbərlər nəinki bu inamlardan imtima edir, onların əksəriyyəti bu haqda nə vaxtsa heç düşünməyibdə.

Budur onlar növbəti on ikilikdə sizin diqqətinizə təqdim olunub.

1. Mənə  (və ya mənim şirkətimə) işləməyin necə bir hiss olması barədə mənim təsəvvürüm çox zəif və natamamdır.

2. Mənim və mənim işçilərimin uğuru möcüzəvi, anlaşılmaz, gözlənilməz ideya və metodlardan deyil, əsasən (əksər hallarda) gerçək hadisələrdən və dünyavi şeylərdən asılı olmalıdır.

3. Dəqiq müəyyən olunmuş və ambisiyalı hədəflərin olması çox mühümdür, lakin onlar haqqında həddən artıq düşünmək faydasızdır. Mənim əsas vəzifəm öz işçilərimi hər gün az da olsa inkişaf etməyə imkan yaradacaq xırda qələbər əldə etməyə yönəltməkdir.

4. Mənim işimin ən vacib və çətin tərəflərindən biri həddən artıq xeyirxah və ya kifayət qədər xeyirxah olmamaq arasındakı  zərif balansı tarazlaşdırmaqdır.

5. Mənim işim müdafiə  funksiyası daşımalıdır, o, mənim işçilərimi xarici müdaxilələrdən, fikir yayınmalarından və ya axmaqlıq zolağına düşməkdən qorumalıdır, həmçinin mənim öz axmaqlıqlarımı onların üzərinə yıxmağıma imkan verməməlidir.

6. Mən insanları  inandıra bilməkdən ötrü həmişə özümə inamlı görsənməyə çalışıram, axı onlara görə məsuliyyət daşıyıram, lakin mənim də səhv etmək ehtimalım olduğundan təvazökarlığı da unutmuram.

7. Mən çalışıram ki, elə mübarizə aparım sanki mən haqlıyam və elə dinləyim sanki mənim səhvim olub (haqlı deyiləm) və öz işçilərimə də eyni şeyə əməl etməyi öyrətmək niyyətindəyəm.

8. Mənim liderliyimin və mənim təşkilatımın ən gözəl testlərindən biri belədir “insanlar səhv etdikdən sonra nə baş verir”?

9. İnnovasya hər bir komandada və təşkilatda həll edici rol oynadığından mənim əsas vəzifəlrimdən biri öz işçilərimi istənilən növ yeni ideyalar hazırlamağa və həyata keçirməyə (yoxlamağa) ruhlandırmaqdır. Eyni zamanda bizim yaratdığımız pis ideyaların və bəzən, elə yaxşı ideyaların da onlar tərəfindən məhv edilməsinə kömək etmək də mənim işimin bir hissəsidir.

10. Pis yaxşıdan daha güclüdür, buna görə də müsbət cəhətləri qabartmaqdansa mənfiləri aradan qaldırmağa çalışmaq lazımdır.

11. Mənim nə etməyim kimi, işi necə etməyim də vacib olmalıdır.

12. Mən digərləri üzərində hakimiyyətə malik olduğumdan özüm də bunu hiss etmədən hissiyyatsız vəhşi kimi hərəkət etmək riskindəyəm.

İndi siz deyirsiniz: Doğrudanmı yuxarıda bütün nüanslar əhatə edilib? Əgər elə deyilsə, onda mənə nəyi ötürdüyümü söyləyin. Lakin sizə mənim bu qısa müddüalarda nədən bəhs etdiyim qaranlıq qalıbsa onda bizimlə qalın, gələn həftələrdə biz onların hər birini daha dərindən araşdıracaq, bu sahələrdəki tədqiqatlara toxunacaq və onları müxtəlif nümunələrlə sizə izah etməyə çalışacağıq.

Əgər siz mənim rastlaşdığım əksər insanlara  bənzəyirsinizsə onda pis müdürlərlə bağlı sizin öz təcrübəniz var və ehtimal ki, ən azından bir yaxşı müdürünüz də olub.Yaxşı rəhbərinizin tutduğu əsas mövqe necə idi? Və bu iş yeri formalaşması ilə bağlı inamların hansından sizin ən pis müdiriniz heç vaxt tamamı ilə yararlanmamışdır?

Robert Satton Stenford Universitetinin İdarəetmə Elmi və Lahiyələşdirmə üzrə professorlarından biridir. O, idarəetmə, innovasiya və təşkilati həyatın gündəlik fəaliyyəti haqqında araşdırmalar aparır və müxtəlif əsərlər yazır. Onun son kitabı Nyu York Tayms bestselleri olmuşdur: Heç bir Annal Qayda, Sivil iş yerlərinin qurulması.

Son xəbərlər
Digər xəbərlər