17 C
Baku
Monday, April 29, 2024

Rəhbərlərin tipləri

Napoleon yoxsa Bürokrat? Sizin rəhbəriniz hansı tipə aiddir? Rəhbərlərin tiplərə ayrılması – heç də yaxşı olan iş deyil. Hər bir insan hansı isə tipə yalnız müəyyən xüsusiyyətlərinə görə daxil olur – keyfiyyətlərin tərkibi hədsiz dərəcədə müxtəlifdir. Lakin hər halda daha önə çıxan xüsusiyyətləri qeyd edərək, biz rəhbəri bu və ya digər tipə aid edə bilərik. Bu eksperimentin nəticəsi qarşılıqlı anlayış və əməkdaşlığın məhsuldarlığı üçün çox faydalıdır. 

Napoleon. O hədsiz dərəcədə xarizmalı və cəsarətlidir; onun üçün çatılmayacaq məqsəd yoxdur. Napoleonun təsiri altında hətta ən tənbəl şəxs belə könüllü və entuziazmla Everestə belə qalxa bilər. Napoleonun idarəçiliyi altında əhəmiyyətli nailiyyətlərə imza ata bilərsiniz. Hətta siz özünüz də belə irəliləyişlərə nail ola bilcəyinizə təəccüblənə bilərsiniz. Lakin bir çatışmazlığı var: sentimentallıq gözləməyin. Tapşırıq həmişə yerinə yetirilməlidir. Əgər sizin başınız ağrıyırsa, əhvalınız yoxdursa və ya əməkhaqqınız çox aşağıdırsa – rəhm gözləməyə dəyməz. Napoleonun dəmir əli sizi həyatınıza qaytarar, və ya kəskin şəkildə qapını göstərə bilər.

Manipulyator. O, arzuolunan nəticəni almaq üçün hansı “düyməyə” basacağını çox yaxşı bilir. O, lovğa işçini qızışdıra bilər; “Sənin sabaha qədər hesabatı qurtarmağa gücün çatarmı?”. Zəif işçi üçün isə etibarlı mühit yaradacaq, bir neçə dəqiqəlik də olsa, ən yaxşı dost və məsləhətçi olacaq. Düzdü, məsləhətlər manipulyatorun özünə sərf edən məqsədlərin çatılmasına dair olacaq. Bu tip rəhbər ilə ünsiyyətin qurmağın ən yaxşı tərəfi çox yaxşı stimullaşdırma və zəif nöqtələrin aradan qaldırılması ilə bağlıdır. Manipulyatorun hansı “düymələrə” basdığını bildikdə, siz onun əlində oyuncaq olmamaq üçün çox tez bir zamanda canınızı qurtarmağa çalışacaqsınız.

Konservativ və bürokrat. Onun ətrafında həmişə çoxlu sənədlər var: ərizələr, icazə, təlimat, sərəncam və s. Bu tip rəhbərlər ilə ünsiyyət qurmağın ən çətin tərəfi – innovasiyalara zəif meylilikdi. Göstəriş olmadan hərəkət istiqamətini bir millimetr də olsa dəyişmək olmaz. Bununla barışmalı olacaqsınız və müdirinizlə sənədlərin dilində danışmağa hazır olun. Bir az təcrübə toplayın və siz sənədlər üzrə mütəxəssis olacaqsınız. Özünüzə onunla təsəlli verə bilərsiniz ki, aydın tərtib olunmuş göstəriş və ya hesabat informasiyanı qaydaya salmağa və ideyanı nəzəri baza ilə əsaslandırmağa imkan verəcək. Gündəlik məsələlər üçün nəzərdə tutulmuş sənədlər üçün müəyyən şablonlar yaradın –bu, vaxt itkisinin qarşısını alacaq.

Yenilikçi. Onun beynində o dərəcədə yeni ideyalar fırlanır ki, hətta ona Eynşteyn də həsəd aparardı. Səhər tezdən o qələbə əhval ruhiyyəli gülüş ilə otağa daxil olur və deyir: “Mən sizin əməkhaqqınızı necə optimal etməyin yolunu bilirəm!” “Bilirəm” sözü ümumi xarakter daşıyır, hansı mənaya gəldiyini isə işçilər özü fikirləşməli olacaqlar. Bu tip idarəçilikdən xeyir gələ bilər: sizin seçim azadlığınız var, əsas odur ki, məqsədə çatın. Məqsədin çatılacaq həddə olmaması və ya ona nail olmanın hədsiz dərəcədə çox resurs tələb etməsi problem yarada bilər ki, bu da məqsədin çatılmasını mənasız edir.

“Beton divar”. Ən çətin ünsiyyət qurulan rəhbər tipi. O qulaq asmağı bacarmır, hesab edir ki, iki fikir mövcuddur: onun fikri və səhv fikir. Əgər o nəticələrdən narazı qalıbsa, çətin bunun səbəbini izah etsin. Onu dialoqa cəlb etmək demək olar ki, mümkünsüzdü. Iki yol var. Birinci: təcrübənizə və intuisiyanıza arxalanaraq sınaq və səhvlər etməklə işinizi görmək. Tənqidi məzəmmətlərdən sonra istiqamətdə düzəlişlər etmək. İkinci: başqa iş və çevik rəhbər tapmaq. Həyat – imkanlar mənbəyidir. Onu qəsdən aşıla bilməyən maneələrlə mübarizə aparmağa sərf etməyə dəyərmi?

Son xəbərlər
 ⁠
Digər xəbərlər