15 C
Baku
Saturday, April 20, 2024

Rəhbərlikik dəyişməsinin nəticəsi – Büdcə ödənişləri icrası 100%-i ötdü

Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilomalar 7 417,6 mln. manat olub.  

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Bu da, proqnozu 100,5 faiz icra olunması deməkdir.

Məlumat üçün bildirək ki, Mikayıl Cabbarov 2017-ci ilin dekabrında Azərbaycan Prezidentinin sərəncamı ilə vergilər naziri təyin olunub. Bundan öncə isə bu postu uzun illər idi ki Fazil Məmmədov tuturdu.

  1. Məmmədovun bu postu son tərk etdiyi ildə büdcə ödənişləri icrası proqnozu doğrulmamışdı. Belə ki, 2017-ci il ərzindəVergilər Nazirliyi xətti ilə daxilomalar 6 972,0 mln. manat və ya proqnoz 91,2 faiz icra olunmuşdu.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında da bu məsələyə fikir bildirmişdi: “Vergi və gömrük sahələrində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Bu sahələrdə sağlamlaşdırma prosesi gözəl nəticələr verir. Bizim maliyyə imkanlarımız genişlənir. Görülmüş işlər, yəni, artıq apardığımız islahatlar bu il də özünü böyük dərəcədə göstərəcək”.

“Burada qeyd olundu ki, gömrük sahəsində aparılan islahatlar nəticəsində biz büdcəmizi böyük dərəcədə artıra bilmişik. Hətta keçən il dürüstləşmə apararaq büdcəmizi artırmışıq ki, əlavə işləri görə bilək. Həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrası ilə bağlı əlavə vəsait ayrıldı. Bütün bunlar nəyə görə mümkün olmuşdur? Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaqdır. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır. Yəni, tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bilmişik,” – deyə prezident bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər