Azərbaycanda “Kəndli” brendi ilə kolbasalar istehsal edən “Rəhimovların Ailə Təsərrüfatı”nın “Kəndli” brendi ilə istehsla etdiyi kolbasalarda üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu barədə açıqlama yayıb.
AQTA 10 fevral 2023-ci ildə bununla bağlı araşdırma aparıb. Ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Qeyd edək ki, “Kəndli” kolbasası ABADçı Əhmədağa Rəhimov tərəfindən Masallı rayonunda hazırlanır.